Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:37

Türkiyə prezidenti Recep Tayyip Erdogan noyabrın 24-də təhlükəsizlik məsələlərinə həsr olunmuş təcili toplantı çağırıb.

Ankaradakı Prezident Sarayında keçiriləcək toplantıda baş nazir Əhməd Davudoğlu başda olmaqla nazirlər və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəhbəri iştirak edəcək.

Qeyd edək ki, Türkiyənin F-16 təyyarəsi noyabrın 24 Rusiyaya məxsus SU-24 təyyarəsini vurub.

Türkiyə təyyarənin ölkənin hava hüdudunu pozduğunu, Rusiya isə təyyarənin Suriya ərazisində vurulduğunu iddia edir.

Rusiya prezidenti Vladimir Putin Türkiyənin hərəkətini arxadan zərbə adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG