Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:48

ABŞ Dövlət katibi John Kerry İsrail və Fələstin Muxtar ərazilərinə 1 günlük səfərə gedib.

O son vaxtlar regionda fələstinlilərin israillilərə hücumunu terror aktı adlandırıb və zorakılığın artmasını pisləyib.

Kerry noyabrın 24-də İsrailin baş naziri Benjamin Netanyahu ilə görüşdən əvvəl Yerusəlimdə bildirib ki, heç bir insan gündəlik zorakılıq və küçələrdə hücum təhlükəsi içində yaşamamalıdır.

Dövlət Departamentinin sözçüsü John Kirby görüşdən sonra bildirib ki, tərəflər Suriya müharibəsini, “İslam Dövləti” qrupu ilə mübarizə və İsraillə fələstinlilər arasında gərginliyin azaldılması yollarını müzakirə ediblər.

Son vaxtlar regionda gedən zorakılıqlarda 90-a yaxın fələstinli və 19 israilli ölüb.

John Kerry həmçinin Ramallahda Fələstin prezidenti Mahmud Abbasla görüşəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG