Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:30

Kerry İsrail və Fələstin liderləri ilə görüşür


John Kerry və Benjamin Netanyahu

John Kerry və Benjamin Netanyahu

ABŞ Dövlət katibi John Kerry noyabrın 24-də İsrail və fələstin liderləri ilə görüşəcək.

Məqsəd son vaxtlar regionda artan gərginliyi səngitməkdir.

Son günlər bölgədə törədilən hücum və toqquşmalarda 89 fələstinli və 18 israilli ölüb.

Kerry İsrailin baş naziri Benjamin Netanyahu və Fələstin prezidenti Mahmud Abbasla görüşəcək.

Son zorakılıqlara səbəb İsrailin Yerusəlimdəki Əl-Aksa məsçid kompleksindəki müqəddəs ibadətgahı ələ keçirmək istəməsi ilə bağlı yayılmış məlumatlar olub.

Bu fələstinlilərin qəzəbinə səbəb olub.

İsrail ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG