Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:06

-

Noyabrın 24-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bridget Brink AXCP sədri Əli Kərimli və Milli Şuranın sədri Cəmil Həsənli ilə görüşüb.

Görüşdə siyasi məhbuslar məsələsi, xüsusilə Leyla Yunusla bağlı vəziyyət və ABŞ-Azərbaycan münasibətləri müzakirə olunub.

AXCP sədrinin verdiyi məlumata görə, seçkilərin saxtalaşdırılması, siyasi müxalifətə olan təzyiqlər, azad mətbuata basqı haqqında da ətraflı danışılıb.

Müsavat başqanı Arif Hacılı ilə keçirilən görüşdə Azərbaycan-ABŞ münasibətləri, Azərbaycanın Avropaya inteqrasiya məsələləri, ölkədəki ictimai-siyasi vəziyyət, siyasi məhbuslar problemi, parlament seçkiləri və Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.

Noyabrın 23-də Bridget Brink prezident İlham Əliyevlə və xarici işlər naziri Elmar Məmmədyarovla görüşmüşdü.

Günün bütün mövzuları

XS
SM
MD
LG