Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:01

Suriyada 3 rusiyalı jurnalist yaralanıb


Latakiya yaxınlığındakı bazadan görüntü, arxiv fotosu

Latakiya yaxınlığındakı bazadan görüntü, arxiv fotosu

-

Rusiya Müdafiə Nazirliyi bildirir ki, Suriyada cəbhə xəttində 3 rusiyalı jurnalist xəsarət alıb. Nazirliyin məlumatına görə, jurnalistlər hökumətin nəzarətində olan Latakiya vilayətində Al-Daqmaşliya kəndinə gedərkən olduqları maşının yaxınlığına raket düşüb.

Jurnalistlər yüngülcə yaralanıb və yaxınlıqdakı Rusiya bazasının xəstəxanasına aparılıb.

Rusiya sentyabrın 30-dan prezident Bashar al-Assad-a dəstək məqsədilə Suriyaya hava zərbələri endirir.

Rusiya hökumət qüvvələri ilə dövlət mediasının jurnalistləri də hərəkət edir.

2011-ci ildən Suriya münaqişəsində 250 mindən çox insan həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG