Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:51

-

2013-cü ildə «Google»un tərkibinə qatılan «Boston Dinamics»in istehsal etdiyi robot it Amerika ordusuna kömək üçün təlimlərə başlayıb.

«Spot» adlanan robot hazırda Dəniz Qüvvələri tərəfindən test edilir. «Spot» çətin təbii şəraitlərdə, kəşfi mümkünsüz olan ərazilərdə istifadə olunur.

500 metrə qədər uzaqlıqdan oyun konsolu və ya kompüterlə yönəldilən robot silahlı qarşıdurmalar zamanı necə davranacağını, necə kömək edəcəyini də öyrənir.

Çəkisi 72.5 kiloqram olan «Spot»un təbii fəlakətlər zamanı da köməyi dəyə bilər. Növbəti test mərhələlərində düşmən ərazisinə sızması, yer təsbit etməsi də sınana bilər.

XS
SM
MD
LG