Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:05

-

"Tarixçi Arif Yunusun səhhəti normallaşır. Təzyiqi nisbətən enib, ancaq tam sabitləşmədiyinə görə həkim nəzarətindədir".

Bunu AzadlıqRadiosuna Arif və Leyla Yunusun ailəvi dostu Azad İsazadə deyib.

Azad İsazadə bildirib ki, Arif Yunus müalicəsini hazırda evində davam etdirir.

Arif Yunus başqa yerə getməmək şərti ilə noyabrın 12-də məhkəmə zalından buraxılıb.

Arif və Leyla Yunus iqtisadi cinayətlərdə təqsirli bilinərək 7 və 8 il yarım müddətinə azadlıqdan məhrum ediliblər. Onlara qarşı vətənə xəyanət ittihamı ayrıca icraata götürülüb.

Yunusların işi üzrə növbəti iclas dekabrın 7-də Bakı Apellyasiya Məhkəməsində keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG