Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:29

-

Noyabrın 24-də ABŞ-ın Dövlət katibi John Kerry İsrail və Fələstin liderləri ilə görüşəcək. Məqsəd bölgədə yaranan gərginliyi azaltmaqdır.

Son dövrlər regionda daha çox bıçaqlanmalar nəticəsində 19 israilli öldürülüb. İsrail atəşindən isə 89 fələstinli həlak olub. İsrail onların çoxunun hücumlar həyata keçirdiklərini deyir.

Kerry deyib ki, regiona səfər gündəliyinə “böyük” İsrail-Fələstin sülh danışıqları daxil deyil.

Əvəzində o, zorakılığın azalmasına kömək etmək istəyir.

Kerry İsrailin baş naziri Benjamin Netanyahu, daha sonra Qərb sahildə Fələstin prezidenti Mahmoud Abbas-la görüşəcək.

Kerry-nin 9-aylıq İsrail-Fələstin sülh prosesi 2014-cü ilin aprelində iflasa uğrayıb. O, 3 ay sonra, Qəzzada atışma zamanı İsrail və Fələstin torpaqlarına səfər edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG