Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:58

Rusiyada alkoqoldan 15 nəfər ölüb


Rusiyada alkoqol əleyhinə aksiya, 2011-ci il

Rusiyada alkoqol əleyhinə aksiya, 2011-ci il

-

Rusiyada son iki həftədə qanunsuz hazırlanmış alkoqollu içkilərdən 15 nəfərin öldüyü bildirilir. Təkcə Sibirdə saxta Amerika viskisindən 5 nəfər dünyasını dəyişib.

Rusiya Federal Təhqiqat Komitəsinin sözçüsü Vladimir Markin TASS dövlət agentliyinə deyib ki, daha 10 nəfər “ciddi zəhərlənmə” ilə xəstəxanaya yerləşdirilib. Onun sözlərinə görə, ölkənin müxtəlif yerlərində ölüm halları alkoqol istehsalını dövlət nəzarətinə götürməyin vacibliyini göstərir.

Sibirdəki 5 nəfər Krasnoyarsk şəhərində dünyasını dəyişib. İnternetdə satışa çıxarılan saxta viskidən həmin şəhərdə, ümumilikdə, 28 nəfərin zəhərləndiyi bildirilir.

Rusiya səhiyyə rəsmiləri hələ avqustda hökuməti çağırırdı ki, qanunsuz alkoqol istehsalı ilə mübarizəni gücləndirsin.

Günün bütün mövzuları

XS
SM
MD
LG