Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 07:59

-

Birləşmiş Ştatlar bütün dünyadakı vətəndaşlarına “artan terror təhlükəsi” barədə xəbərdarlıq edib. Noyabrın 13-də Parisdə törədilmiş hücumlarda 130 nəfər həlak olub. Hücuma görə məsuliyyəti İslam Dövləti (İD) yaraqlıları üzərinə götürüb.

ABŞ Dövlət Departamentinin noyabrın 23-də yaydığı məlumata görə, əldə olan informasiya İD, Al-Qaeda, Boko Haram və “digər terror qruplarının çoxsaylı regionlarda terror hücumları planlaşdırdığını” göstərir.

Məlumatda Danimarka, Fransa, Mali, Nigeriya və Türkiyədəki son hücumlardan bəhs olunur. ABŞ vətəndaşlarına ictimai yerlərdə və nəqliyyatda ayıq-sayıqlıq tövsiyə edilir. Amerikalılara məsləhət görülür ki, əhalinin gur olduğu yerlərə getməsinlər, bayram vaxtı xüsusilə ehtiyatlı davransınlar.

Qarşıdan Şükranlıq bayramı gəlir.

Günün bütün mövzuları

XS
SM
MD
LG