Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:08

-

Belçika hakimiyyəti Parisdəki terror hücumlarında şübhəli bilinən dördüncü şəxsə terrorçuluq ittihamları irəli sürüb. Federal Prokurorluq bildirir ki, adı açıqlanmayan şəxs noyabrın 22-də Belçikada polis basqını zamanı saxlanıb.

Reydlər zamanı saxlanmış daha 15 nəfər dindirildikdən sonra buraxılıb. Noyabrın 23-də saxlanmış 5 nəfərdən ikisi də buraxılıb.

Belçikanın baş naziri Charles Michel deyib ki, ölkədə terror təhlükəsinin səviyyəsi maksimum həddə saxlanır. Ancaq onun sözlərinə görə, noyabrın 25-dən məktəblər, metro tədricən açılacaq.

Noyabrın 13-də Parisdə baş vermiş hücumlarda 130 nəfər həlak olub. Hücumlara görə məsuliyyəti İslam Dövləti silahlıları üzərinə götürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG