Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:06

Məşhur qarışqaşünas alimin insanlar haqda kitabları


Edward Osborne Wilson

Edward Osborne Wilson

- "Qrup marağı ilə fərdi maraq arasında tarazlığın pozulması qrupun həyatını təhlükəyə atır"

Elmi-kütləvi kitabların tanıtımı

Yalçın İslamzadənin Kitab köşəsi

Yalçın İslamzadə

Yalçın İslamzadə

“Daş dövründən qalmış duyğular, Orta əsrlərdən qalmış institutlar və üstün texnologiyalarla “Ulduz Müharibələri“ mədəniyyəti qurmuşuq.

Bizlər instinktlərin idarə etdiyi ağılla yaşayan canavarlarıq.

Biosferi tərəddüd etmədən məhv etməyimizin və daimi var olma ümidimizi tədricən yox etməyimizin səbəbi budur”.

Edward Wilson - tanınmış bioloq, qarışqalar üzrə dünyada avtoritet qəbul edilən tədqiqatçı (mirmekoloq) və sosiobiologiyanın qurucusudur.

Sosiobologiya sosial canlıların davranışlarını öyrənməklə, onları müqayisəli şəkildə insan davranışlarının anlaşılmasına tətbiq edir.

Wilson, qurucusu olduğu sosiobiologiya disiplininə görə protestlərə məruz qalmış, universitetdən qovulması tələb olunmuşdur.

  1. “Gənc elm adamına məktublar”

Bu kitabda Wilson, elm adamı olmağa gedən yolu və elmi bilginin yaranma prosesini “içəridən” təsvir edir.

Şəxsi təcrübələrinə istinad edərək elmi maraq, yaradıcılıq prosesi, elm adamı üçün zəruri psixoloji vərdişlər, elmi nəzəriyyə, təcrübə, elmin məqsədi kimi müxtəlif mövzularda öz düşüncələrini bir yol göstərici olmaq ümidi ilə gənc elm adamlarına izah edir.

  1. Yer üzünün sosial fəthi
Müəllif: Paul Gauguin

Müəllif: Paul Gauguin

“Yer üzünün sosial fəthi” kitabı, rəssam Pol Qoqenin məşhur əsərinin kənarına yazdığı, “Hardan gəlmişik? Biz nəyik? Hara gedirik?” suallarına, sosial canlıların davranışı araşdırmalarından qazandığı bilgilər işığında cavab axtarışıdır.

Kitab suallara müvafiq olaraq üç hissəyə ayrılıb, təbii seçmənin fərdi səviyyədə eqoist, qrup səviyyəsində altruist davranışları seçdiyini və bu iki davranışın daima bir-biri ilə mübarizə apardığı tezisi biologiyanın son biligilərinin işığında ətraflı inkişaf etdirilir.

Bu suallara cavab, insan təbiətinin anlaşılmasına, insan təbiətinin anlaşılması isə öz növbəsində insanlıq halının doğru anlaşılmasına əsas yaradır.

Tarixin proto-tarix olmadan, proto-tarixin isə biologiya olmadan anlaşılmasının mümkün olmayacağını bildirən Wilson, son dövrlərdə biologiyada əldə edilən uğurların, insan təbiətinin, ümumilikdə təbiətin, insanlararası və cəmiyyətlərarası münasibətlərin anlaşmasına necə kömək etdiyini göstərir.

Hər bir insanın biraz “mələk”, biraz “şeytan” olma səbəblərini qrup səviyyəsində seçmə ilə (bizi fəzilətli olmağa təşviq edir) fərdi səviyyədə seçmə (“günah” adlandırılan davranışlara sövq edir) arasındakı münaqişənin müəyyən etdiyini bildirən Wilson kitab boyunca inkişaf etdirdiyi tezisləri son bölmədə “Yeni bir aydınlanmaya doğru” başlığı ilə ümumiləşdirir.

Sosial canlıların işbirliyi və işbölümü sayəsində dünyanı fəth etdiyini bildirən müəllif qrup marağı ilə fərdi maraq arasında balansın pozulmasının qrupun həyatını təhlükəyə atdığını bildirir:

Hiyləgərlərdən ibarət koloniyaların üzvləri əməkdaşlıq edən koloniyalara məğlub olurlar

“Hiyləgərlər qaynaqlardan daha çox pay alaraq, təhlükəli vəzifələrdən boyun qaçıraraq, ya da qaydaları pozaraq koloniya daxilində qazanclı çıxa bilərlər, ancaq hiyləgərlərdən ibarət koloniyaların üzvləri əməkdaşlıq edən koloniyalara məğlub olur.

Əməkdaşlıq edənlərin sayı hiyləgərlərin sayından nə qədər çox olsa, koloniyanın intizam dərəcəsi də o qədər yüksək olur.”

Kitabda həmçinin insan növünün inkişafı zamanı bəzi mədəniyyətlərin yaranması, mədəni müxtəlifliyin səbəbləri, dilin və musiqinin mənşəyi, fərqli insan qruplarının rəng qavrayışlarının fərqli olması kimi, yerin müxtəlif bölgələrində adaptasiyanın müxtəlif formalar adığı da açıqlanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG