Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:16

Yeni Polşa hökuməti noyabrın 23-də bəyan edib ki, Parisdəki terror aktları qaçqın kvotası ilə bağlı Avropa Birliyi ilə əldə edilmiş razılaşmaya yenidən baxılmasını tələb edir.

Yeni baş nazir Beata Szydlo jurnalidtlərə bildirib ki, Paris hadisələrindən sonra vəziyyət dəyişib.

Nazir bildirib ki, buna görə biz bu kvotanı qəbul etməyə hazır deyilik.

Daxili işlər naziri Mariusz Błaszczak isə radioya müsahibəsində əvvəlki hökumətin 7 min qaçqın qəbul etmək qərarı səhv adlandırıb və qeyd edib ki, Polşa yaxın vaxtlarda sərhədlərini möhkəmləndirəcək.

Son vaxtlar Yaxın Şərq və Şimali Afrika ölkələrindən Avropaya 800 mindən çox qaçqın keçib.

Əksəriyyəti Suriya, İraq və Əfqanıstandan olan qaçqınlar Balkan ölkələri vasitəsi ilə daha varlı Qərbi Avropa ölkələrinə keçmək istəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG