Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:29

Bakının Xətai rayonunda yanğın baş verib.

APA-nın məlumatına görə, Gəncə prospektində 4 binanı elektrik enerjisi ilə təchiz edən transformatorda yanğın olub.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Xətai Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın tezliklə söndürülüb, alovun digər sahələrə keçməsinin qarşısı alınıb.

Binalara elektrik enerjisinin verilməsində fasilələr yaranıb.Hadisə yerinə “Azərişıq” ASC-nin məsul işçiləri də cəlb olunub. Hazırda yanğının nəticələrinin aradan qaldırılması istiqamətində iş aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG