Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:54

Ukrayna hökuməti Krımla nəqliyyat və yükdaşıma əlaqəsini kəsib.

Qərar noyabrın 23-də baş nazir Arseniy Yatsenyukun təşəbbüsü ilə qəbul edilib.

Yatsenyuk qeyd edib ki, bu qadağa yarmadaya göndərilə bilən və Ukraynanın maraqlarına uyğun olan malların siyahısı hazırlananadək qüvvədə olacaq.

Baş nazir İqtisadi İnkişaf və Ticarət Nazirliyinə müvafiq siyahı hazırlamağı tapşırıb.

Baş nazir həmçinin bildirib ki, Krımla münasibətlərin yekun formatı hazırlanmalıdır.

Krımla mal mübadiləsinin dayandırılmasını noyabrın 23-də prezident Petro Poroshenko təklif edib.

Rusiya ötən ilin martında Krımı ilhaq edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG