Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:41

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bridget Brinkin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, E. Məmmədyarov enerji, terrorçuluqla mübarizə, regional təhlükəsizlik və digər sahələrdə iki ölkə arasındakı əməkdaşlıqdan danışıb, ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi üçün mövcud imkanların dəyərləndirilməsinin vacibliyini qeyd edib.

Ermənistan-Azərbaycan münaqişəsinə gəldikdə isə Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ilə birlikdə münaqişənin həlli istiqamətində səylərin artırılmasının vacibliyini deyib.

Qeyd edək ki, Bridget Brinki bundan əvvəl prezident İlham Əliyev də qəbul edib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, enerji, iqtisadi, ticarət, təhsil, kənd təsərrüfatı, terrorçuluqla mübarizə, insan haqları və demokratiya habelə digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG