Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:52

Belçika polisinin keçirdiyi reydlər zamanı daha 5 şübhəli həbs edilib.

Polisin məlumatına görə noyabrın 23-də Brüssel və yaxınlıqdakı Lej şəhərində yeni reydlər keçirilib.

Belçika polisi bundan əvvəl-bazar ertəsinə keçən gecə də 16 şübhəlini həbs edib.

Bu barədə Belçika prokurorluğunun sözçüsü Erik Van Der Sıp noyabrın 23-də keçirdiyi mətbuat konfransında bildirib.

Amma Erik Van Der Sypt bildirib ki, noyabrın 13-də Parisdə törədilən terror aktlarının təşkilində əsas şübhəli Salah Abdeslam onların arasında deyil.

Brüsselin cənubunda yerləşən Şarleroydakı üç evdə axtarış aparılıb.

Hələlik saxlananların kimliyi və ya onların konkret nədə ittiham olunması barədə məlumat verilmir.

Axtarış zamanı silah və elə bir partlayıcı aşkar edilməyib.

Noyabrın 13-də Parisdə törədilən terror aktlarında 130 nəfər ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG