Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:31

Ukraynanın daxili işlər nazirliyi bildirib ki, Krımı elektrik enerjisi ilə təmin edən 4 qüllədən hazırda yalnız birini təmir eləmək mümkündür.

Nazir Arsen Avakov noyabrın 23-də nazirlər kabinetinin iclasında bildirib ki, mina və mümkün hücum təhlükəsinə görə, stansiyanı təmir eləmək mümkün deyil.

Krımın 1,5 miylonluq sakini noyabrın 21-də işıqsız qalıb.

Buna səbəb Ukrayna ərazisində yerləşən ötürücü stansiyada bartlayış baş verməsidir.

Məlumatlara görə Krım tatarlarından ibarət bir qrup təmirçilərin ora getməsinə mane olublar.

Krım tatarlarının lideri Mustafa Dzhemilev noyabrın 22-də bildirib ki, elektrik enerjisinin bərpa edilməsi ilə bağlı danışıqlar, Rusiyada siyasi motivlərlə həbsdə olan bütün ukraynalılar azad edildikdən və krım tatarlarının qətli və yoxa çıxması ilə bağlı komissiya yaradıldıqdan sonra mümkündür.

Rusiya 2014-cü ilin martında Krımı ilhaq edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG