Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:26

Rusiya prezidenti Vladimir Putin noyabrın 23-də Tehrana səfərə gedib.

Onun İranın ali dini lideri Ayatolla Ali Khamanei və prezident Hassan Rohani ilə görüşü nəzərdə tutulur.

Əsas müzakirə mövzusunun Suriya münaqişəsi olacağı gözlənilir.

Rusiya ilə İran Suriya müharibəsində prezidenti Bashar Assadın əsas müttəfiqləridir.

Rusiya sentyabrın 30-dan Suriyada hava zərbələrinə başlayıb və əsas hədəfin İslam Dövləti qrupu olduğunu deyir.

İran isə Assadı müdafiə eləmək üçün bu ölkəyə hərbi müşavirlər göndərib.

Rusiya prezidenti Vladimir Putin həmçinin noyabrın 23-də Qaz İxrac edən ölkələrin Tehranda keçirilən konfransında iştirak edir.

Konfrans İranın 6 dünya ölkəsi ilə nüvə sazişi imzalamasından sonraya təsadüf edir. Həmin sazişdə İranın nüvə proqramını dondurması və əvəzində ona qarşı sanksiyaların aradan qaldırılması nəzərdə tutulur.

İran sanksiyaların ləğvindən sonra Avropaya qaz ixrac etmək istəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG