Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:36

İlham Əliyev Bridget Brinki qəbul edib


Bridget Brink
Bridget Brink

Noyabrın 23-də prezident İlham Əliyev ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini xanım Bridcet Brinkin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, enerji, iqtisadi şaxələndirmə, ticarət, təhsil, kənd təsərrüfatı, birgə layihələr, terrorizmə qarşı mübarizə, insan haqları və demokratiya və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Xəbəri president.az saytı yayıb.

İlham Əliyev G20-nin Antalya toplantısında ABŞ Prezidenti Barak Obama ilə ikitərəfli əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi apardıqlarını bildirib. ABŞ Prezidentinin 10 il bundan əvvəl senator kimi Azərbaycana səfərini xatırladığını məmnunluqla qeyd edib.

İki ölkənin uzun illərdir müxtəlif sahələrdə uğurla əməkdaşlıq etdiyini deyən İlham Əliyev enerji və regional təhlükəsizlik, iqtisadi inkişaf və digər sahələrdə əlaqələrin əhəmiyyətini xüsusi vurğulayıb

XS
SM
MD
LG