Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:34

İstiliyin nə vaxt veriləcəyi hələ məlum deyil


Bakıda evlərdən birində evin temperaturu, 23 noyabr, 2015
Bakıda evlərdən birində evin temperaturu, 23 noyabr, 2015

-

«Azəriqaz»la «Azəristiliktəchizat» hələ danışır

Bakıdakı binaların çoxunda isə istilik yoxdur

Noyabrın 15-dən Bakıda yaşayış binalarına verilməli olan istilik hələ də tam təchiz olunmayıb. Səbəb «Azəristiliktəchizat» Açıq Səhmdar Cəmiyyətinin «Azəriqaz» İstehsalat Birliyinə borcunun olmasıdır.

«Azəriqaz» İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Kəlbiyev AzadlıqRadiosu-na bildirdi ki, artıq bir çox qazanxanalara qaz verilib:

«Ölkə ərazisində təbii qazın verilməsi ilə bağlı hər hansı məhdudiyyət yoxdur. Əhali tələbata uyğun mavi yanacaqla təmin olunur. O ki qaldı, qazanxanalara təbii qazın verilməsinə, bu istiqamətdə də aidiyyatı qurum tərəfindən birliyə müraciət olunub. Bəzi işlər gedir. Artıq bir çox sayda qazanxanaya tərəfimizdən təbii qazın açılışı təmin olunub. Bu istiqamətdə işlər davam etdirilir».

İstiliyin nə vaxt veriləcəyi hələ məlum deyil

Problemin nə vaxt tamamilə həll olunacağına gəldikdə isə İbrahim Kəlbiyev «yaxın günlərdə» deməklə kifayətləndi:

«Yaxın günlərdə həll olunacaq. Həmin qurumun pul borcu olduğuna görə məsələ bu gün də gündəmdədir. Nazirliklər, dövlət tərəfindən bu məsələyə baxılacaq. Problem yaxın günlərdə öz həllini tapacaq».

«Azəristiliktəchizat»in abonent və müştəri xidmətinin rəhbəri Rafiq Əliyev isə danışıqların davam etdirildiyini deyir:

«Danışıqlar gedir. Yəqin problem bir-iki günə öz həllini tapacaq. Bir sıra qazanxanalarımıza artıq qaz verilir. Hər gün 50-60 qazanxananın qazı açılır. İndi bizim rəhbərliklə onların arasında danışıqlar gedir. Qalanlarını da qrafik üzrə açacaqlar. Problem yaxın günlərdə tam həll olunacaq».

Borca gəldikdə isə nə «Azəriqaz», nə də «Azəristiliktəchizat» məbləği açıqlamır.

XS
SM
MD
LG