Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:24

Amerikanın hərəkətsizliyinin bədəli


Suriya qaçqınları, Yunanıstan adasında
Suriya qaçqınları, Yunanıstan adasında

Paris hücumlarına yol İraq müharibəsindən keçir; Putin dəyişməyib, ancaq Qərb ritorikası yumşalıb... - 23 noyabr, 2015, qərb mediasının icmalı

«Prezident Obama 10 min suriyalı qaçqın barədə haqlı olaraq düşünür. Bəs qalan 3 milyon 990 min necə olsun?» Bunu «Washington Post» qəzetində Fred Hiatt yazır.

Belə ki, Obama 10 min suriyalı qaçqını ölkəyə qəbul etmək istəyir, respublikaçılar isə bu təklifi rədd edir. Respublikaçı namizədlər hətta müsəlmanları itlərlə müqayisə edir, ancaq xristianları qəbul etməyə tərəfdar olduqlarını dilə gətirir. Bütün bunlar ikrah hissi doğurur.

U.S. President Barack Obama
U.S. President Barack Obama

«Amma istənilən inanc sahibi olan 10 min qaçqına sığınacaq vermək sırf rəmzi dəyər daşıyacaq. 4 milyon suriyalı müharibədən qaçıb, bundan da çoxu ölkə daxilində didərgin düşüb. Suriyalıların yarısı evindən çıxmağa məcbur olub. Bütün bunlar üçün Obama administrasiyası məsuliyyət daşıyır – nəticələri barədə də seçicilər 2016-cı ildə düşünməli olacaqlar».

Müəllif xatırladır ki, Obama 2009-cu ildə vəzifəyə gələndən ölkənin Yaxın Şərq və Orta Asiyada uzun müharibələrinə son qoymağa qərar verdi, ABŞ iqtisadiyyatının bərpasına, nüvə silahlarına nəzarətə diqqət yönəltdi. İraqdan əsgərləri çıxardı, Əfqanıstanda qüvvələri azaltdı və sairə.

4 milyon suriyalı müharibədən qaçıb, didərgin düşüb. Suriyalıların yarısı evindən çıxmağa məcbur olub. Bütün bunlar üçün Obama administrasiyası məsuliyyət daşıyır...

«ABŞ əsgərləri 60 ildən çoxdur Cənubi Koreyadadır, amerikanlar buna etiraz etmir. Amerika əsgərləri 15 ildən çoxdur Kosovodadır, çox az amerikalının bundan xəbəri var. Obama 2011-ci ildə İraqda kiçik əsgər kontingenti saxlamağa qərar versəydi, amerikalıların çoxu bu qərarı qəbul edərdi».

Müəllif yazır ki, müdaxilə etməmək çıxış yolu deyil. Seçim işğalla hərəkətsizlik arasında edilmir. «Gərəkən davamlı – diplomatik, iqtisadi və hərbi iştirakın nisbətən mötədil səviyyələridir. Bunlar Birləşmiş Ştatları indi ağrılı seçimlərlə üzləşməkdən saxlayardı».

«Ötən ay Əfqanıstanda hərbçilərin qalma müddətini uzadanda Obama hələ də deyirdi ki, «Hamınız bilirsiniz, sonsuz müahribə ideyasını dəstəkləmirəm». Təəssüf ki, hər iki tərəf razlaşmayana və ya tərəflərdən biri məğlub edilməyənədək müharibələr bitmir,» müəllif yazır.

Paris hücumlarına yol İraq müharibəsindən keçir

Belçikada patrul, noyabr, 2015
Belçikada patrul, noyabr, 2015

«Deyəsən Yaxın Şərqdə bir fəlakət 2003-cü ildə ABŞ-ın İraqı işğalının tərəfdarları üçün yetərli olmadı. Onlar hələ də regionla bağlı siyasət formalaşdırmaqda davam edir, hər bir yeni böhran ortaya çıxanda dəstək fikirlərini ortaya qoyurlar». Akbar Shahid Ahmed «The Huffington Post»da yazır ki, Paris hücumlarından istifadə edənlər İslam Dövləti silahlı qruplaşmasının ancaq bir yolla məhv edilməsini iddia edirlər: ABŞ böyük miqyaslı hərbi əməliyyatlara başlasın, müdaxilə etsin.

Bəziləri təklif edir ki, Raqqanı almağa 50 min əsgər lazımdırsa, bunu həyata keçirmək lazımdır. Bunu ABC-yə Bill Kristol deyib. «The Weekly Standard»ın redaktoru olan Kristol 2002-ci ildə Senatda deyirdi ki, ABŞ-ın Saddam Hussein-ə qarşı hərbi əməliyyatlarını dəstəkləyir. Baxmayaraq ki, Hussein-in 11 sentyabr terroruna bağlılığına dair etibarlı dəlil yox idi.

Müəllif yazır ki, elə Səddam devriləndən bir ay sonra ordusu buraxıldı və yüzminlərlə iraqlı işsiz qaldı. Bəziləri amerikalılarla işləmək istəyirdi, ancaq bu mesajlar da gözardı edildi. Tədricən bu hərbçilər ABŞ-a qarşı vuruşanlara qoşuldu. Daha sonra İraq həbsxanalarının pis idarə olunması da radikalları formalaşdırdı. İraq regional oyunçuları döyüş meydançasına çevrildi, sonucda parçalanmış, təlatümlü bir siyasi sistemlə baş-başa qaldı.

Arxiv fotosu
Arxiv fotosu

İŞİD-in böyüməsinin onlarla digər səbəbi də var. Prezident Barack Obama-nın İraqa yanaşması da faydalı olmadı, hərbçilərini çıxardı. Suriya prezidenti Bashar al-Assad da özünəməxsus rol oynadı. Assad həbsxanadan ekstremistləri buraxmaqla İŞİD-ə kömək etmiş oldu, onların ölkədə irəliləməsinə də fikir vermədi. Türkiyənin də günah payı var, İŞİD bu ölkənin sərhəd siyasətindən yararlandı

«Beləliklə, İŞİD-i məğlub etmək naminə aparılan istənilən danışıqlarda İraq müharibəsinin nəticələrini götür-qoy etmək lazımdır. Aydın olur ki, bu danışıqlarda İraq müharibəsinin tərəfdarları heç də yaxşı ekspert deyillər».

Putin dəyişməyib, ancaq Qərb ritorikası yumşalıb

Putin has run rings around his foes
Putin has run rings around his foes

«Avropada fövqəladə vəziyyət təkcə Fransada elan olunmayıb. Krımda 2 milyonluq əhalini elektriklə təmin edən xətlər partladılıb. Hücumu ukraynalı fəalların törətdiyi görünür. Rusiya hakimiyyəti ötən il oğurladığı yarımadaya elektriki bərpa etməyə çalışdığı bir məqamda üzə çıxan odur ki, bu günlər xarici siyasət maraqları da dəyişməkdədir». Bunu «The Independent»də oxuyuruq.

Məqalədə vurğulanır ki, cəmi bir neçə ay əvvəl Vladimir Putin-in Avropada təhlükəsizliyə böyük hədə olduğunu vurğulayan liderlər indi onun ətrafında fırlanırlar. Ancaq onun davranışı dəyişməyib axı.

Belə ki, indi hamı İŞİD-i məhv etmək barədə düşünür, ürəklənmiş Putin də İŞİD-ə qarşı «böyük alyans»dan dəm vurur. Yenə də müharibə təbilləri çalınır, uzunmüddətli həll barədə düşünülmür. Fransa Malini iki il öncə işğal etdi, ancaq islamçıların qarşısını ala bilmədi.

Vladimir Putin-in Avropada təhlükəsizliyə böyük hədə olduğunu vurğulayan liderlər indi onun ətrafında fırlanırlar...

«Qərbin xarici siyasətində heç belə qarışıqlıq yaranıbmı? Səudiyyə Ərəbistanı ilə münasibətləri yada salın. Qadınları alçaldan, falçılığa görə başkəsən, qonşusunu işğal edən ölkəyə bəxtəvərcəsinə silah satırdıq».

Müəllif yazır ki, İŞİD-i planetdən silmək lazımdır, ancaq Əfqanıstanda al-Qaeda-nı məhv etdiyimiz kimi, onu da məhv edə bilərik, yerində oxşar qruplar peyda olacaq.

«Etnik, siyasi, dini bölgülər pisləşdikcə, münaqişələrə normal baxan nəsillər formalaşır. İndi xarici siyasətdə həmişəkindən daha artıq fokusumuz olmalıdır. Sonsuz savaş söhbətləri ilə bir arada çatışmayan budur».

XS
SM
MD
LG