Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:40

-

ABŞ-ın Kaliforniya ştatında San Diego zooparkında nadir şimal ağ kərgədanı ölüb. Dünyada bu kərgədandan cəmi 4 dənə idi, indi 3-ü qaldı.

Zoopark rəsmilərinin sözlərinə görə, Nola adlı 41 yaşlı dişi kərgədanın səhhəti qəfildən pisləşib və noyabrın 22-də onun eftanaziyası ilə bağlı çətin bir qərara gəlinib.

Bu nadir kərgədan 1989-cu ildən zooparkda idi. İnfeksiya və yaşla bağlı digər xəstəliklərlə mübarizə aparırdı. Noyabrın 13-də əməliyyat olunandan sonra yeməkdən kəsilib.

Hazırda bu heyvan növündən cəmi 3 dənə qalıb. Hamısı Çexiya Respublikasındakı Dvur Kralove zooparkına məxsusdur, ancaq Kenyada Ol Peje qoruğunda saxlanır. Onları fasiləsiz olaraq silahlı mühafizəçilər qoruyur.

Ekspertlərin fikrincə, bu heyvanların çoxalma ehtimalı çox azdır və nəsli kəsilmək üzrədir.

XS
SM
MD
LG