Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:51

-

Rusiya prezidenti Vladimir Putin noyabrın 23-də Tehranda Qaz İxracatçısı olan Ölkələr Forumunun sammitinə qatılacaq.

Kremlin xarici siyasət üzrə baş köməkçisi Yury Ushakov deyir ki, Putin İran liderləri ilə də ayrıca görüşlər keçirəcək. Prezident Hassan Rohani ilə də görüşə bilər.

Bu, Putin-in İrana ikinci rəsmi səfəridir. O, 2007-ci ildə Tehranda Xəzəryanı ölkələrin sammitində iştirak edib.

İranda 12 ölkənin qaz konfransı altı superdövlətlə nüvə sazişi imzalanandan sonraya təsadüf edir. Həmin sazişə görə, İran nüvə proqramını məhdudlaşdıracağı halda beynəlxalq sanksiyalar qaldırıla bilər.

İran Milli Qaz Şirkətinin direktoru Hamid Reza Araqi deyib ki, sanksiyalar qaldırılandan sonra 4 il ərzində İran qaz ixracının Rusiyanın ötən il Avropa Birliyinə göndərdiyinin yarısına bərabər olacağına ümid edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG