Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:22

Bakıda ISESCO -nun konfransı başlanır


Əfqanıstanın Qəzni vilayəti ISESCO-nun İslam Mədəniyyəti Mərkəzi elan olunub, 2013-cü il

Əfqanıstanın Qəzni vilayəti ISESCO-nun İslam Mədəniyyəti Mərkəzi elan olunub, 2013-cü il

-

Noyabrın 23-də Bakıda ISESCO XII Baş konfransı və İcraiyyə Şurasının toplantıları keçiriləcək. ISESCO -nun 36-cı İcraiyyə Şurasının rəsmi açılışı saat 9.30-da JW Marriott Abşeron Otelində olacaq.

Xəbəri Mədəniyyət və Turizm Nazirliyi yayıb.

ISESCO -nun İcraiyyə Şurası Asiya, Afrika və Ərəb regionlarını əhatə edən 52 üzv dövlətin nümayəndəsindən ibarət olmaqla, ildə bir dəfə öz toplantısını keçirir. Toplantıda Baş direktorun təşkilatın proqramı və fəaliyyəti ilə bağlı inkişaf üzrə tərəqqi hesabatı, maliyyə hesabatı nəzərdən keçirilir. İSESKO büdcəsinə üzv dövlətlərin maliyyə töhfələri qiymətləndirilir.

Konfrans noyabrın 27-ə qədər davam edəcək.

Azərbaycan 1991-ci ildən ISESCO -nun üzvüdür.

ISESCO- İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatını 1979-cu ildə İslam Əməkdaşlıq Təşkilatı yaradıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG