Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:02

-

İran məhkəməsi “Washington Post”un jurnalisti Jason Rezaian-a həbs cəzası kəsibmiş. O, ötən ay casusluq da daxil olmaqla, bir sıra ittihamlarda təqsirli bilinmişdi. Məlumatı noyabrın 22-də İran mediası yayıb, ancaq bu dəfə də həbs müddəti açıqlanmayıb.

İran ədliyyəsinin sözçüsü Gholam Hossein Mohseni Ejei deyib: “Jason Rezaian-a qarşı hökmdə həbs cəzası var, ancaq detalları açıqlaya bilmərəm. Qısası, bu, həbs cəzasıdır”.

Ancaq o, əlavə edib ki, hökm tamamlanmayıb, yəni hələ apelyasiya qabaqdadır.

The Associated Press Rezaian-ın vəkili Leila Ahsan-a istinadla yazır ki, ona hökm barədə məlumat verilməyib.

Ejei oktyabrın 11-də bildirmişdi ki, jurnalist məhkum edilib, ancaq detallar açıqlanmamışdı. Rezaian qəzetin Tehran bürosunun rəhbəridir, ABŞ və İran vətəndaşıdır.

İran dövlət televiziyası Rezaian-a dəfələrlə “Amerika casusu” deyib, “Washington Post”, jurnalistin ailəsi bunu “yalan” adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG