Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:56

Brüsseldə ötən gecə küçələr demək olar ki, boş olub, restoran və barlar əvvəlkindən tez bağlanıb.

Şəhər sakinləri və hakimiyyət terror təhlükəsindən ehtiyat edirlər.

Hazırda şəhərdə Paris partlayışlarında şübhəli bilinən Salah Abdesalamın axtarışı gedir.

Tanışları və qonşuları onu bu yaxınlarda Brüsseldə gördüklərini və Suriyaya getmək istədiyini deyirlər.

Paris terrorlarının istintaqı göstərir ki, terrorçuların bazası məhz Brüsseldə olub.

Ötən cümə günündən Belçikada təhlükəsizlik səfiyyəsi qaldırılıb.

Noyabrın 13-də Parisdə törədilən partlayışlarda 130 nəfər ölüb.

Bu hücuma görə cavabdehliyi “İslam Dövləti” qrupu üzərinə götürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG