Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:35

Obamadan Putinə mesaj


"Rusiyanın Bashar Assada qarşı çıxan mötədil müxalifət barədə yox, “İslam dövləti” ilə mübarizədə strateji qərar vermək vaxtıdır".

Bunu ABŞ prezidenti Barack Obamabəyan edib..

Obama “İslam dövləti” qrupunu sosial şəbəkələrdə güclü təsir imkanına malik olan cinayətkarlar adlandırıb.

Obama noyabrın 22-də Malayziya sammiti çərçivəsində keçirdiyi mətbuat konfransında deyib ki, Vladimir Putinə 224 nəfərin həyatına son qoyan təyyarə qəzasını məhz kimin törətdiyini xatırladıb və deyib ki, günahkar “İslam dövləti”dir.

Obama qeyd edib ki, Putin Rusiya vətəndaşlarının ölümünə səbəb olanlarla mübarizə aparmalıdır.

Obama bir daha əmin edib ki, “İslam dövləti” məhv ediləcək və onların kök saldıqları ərazilər geri alınacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG