Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:48

İD-çi olmaqda şübhəli bilinən gürcü saxlanıb


Generic – Isolated business man arrested with handcuffs on his back

Generic – Isolated business man arrested with handcuffs on his back

Terrorçularla əlbir olmaqda şübhəli bilinən gürcü saxlanıb

Gürcüstanda 29 yaşlı gənc terror ittihamı ilə saxlanıb. Bu barədə Gürcüstanın kəşfiyyat xidməti məlumat yayıb.

Bildirilir ki, Paris terrorundan sonra ölkədə gücləndirilmiş təhlükəsizlik tədbirləri nəticəsində noyabrın 22-də David Borchasvhili adlı gənc Türkiyədən Gürcüstana dönərkən saxlanıb.

Məlumata görə, o, terrorçu təşkilatla əlbir olmaqda ittiham olunur. Amma əlavə detallar barədə məlumat verilmir.

Borchashvili noyabrın 21-də Türkiyədən Gürcüstana gəlib, amma bir neçə saat sonra Türkiyəyə deportasiya olunub. Elə həmin gün türkiyə polisi onu yenidən Gürcüstana yollayıb və Gürcüstanda həbs olunub.

Ailəsinin dediyinə görə, o, bir il öncə Türkiyəyə iş dalınca gedib. Onun Suriyada olub-olmaması hələ ki bəlli deyil.

Gürcü rəsmilərinin açıqlamasına görə, Suriya və İraqda “İslam dövləti”nə onlarla Gürcüstan vətəndaşı qoşulub. Onların arasında Suriyanın şimalında döyüş komandiri kimi tanınan Umar al-Shishani ləqəbli Tarkhan Batirashvili də var.

Günün bütün mövzuları

XS
SM
MD
LG