Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:16

Rusiya rəsmiləri deyir ki, Krımda 2 milyona yaxın adamın işıqsız qalmasına səbəb Ukrayna ərazisində yerləşən ötürücü qüllənin partladılmasıdır.

Yarmada noyabrın 22-ə keçən gecədən işıqsız qalıb. Rəsmilər generatorların köməyi ilə yalnız böyük şəhərlərdə elektrik enerjisinin qismən bərpa edildiyini deyirlər.

Krıma elektrik enerjisi Ukraynanın Herson bölgəsindəki dörd əsas xətdən ötürülür. Ukrayna polisi noyabrın 20-də ötürücü qüllələrdən ikisinin zədələnməsi barədə məlumat yaymışdı. Amma polis bildirmişdi ki ,digər iki ötürücü işlədiyindən elektrik enerjisində problem olmayacaq.

Ukrayna rəsmilərinin sözlərinə görə, zədələnmiş elektrik dirəklərini təmir etmək istəyərkən yerli fəalların qəfil müdaxiləsinə məruz qalıblar.

Rusiya agentliklərinin yaydığı məlumata görə, bir qrup Krım tatarı həmin ərazidə etiraz aksiyası keçiriblər. Krım 2014-cü ilin martında Rusiya tərəfindən ilhaq edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG