Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:08

-

Çoxlarının kitab oxumağa doğrudan da vaxtı yoxdur.
Kitab oxumağı sıx qrafikə sığdırmaq üçün nə etməli? Artıq vaxtı olmayan, amma kitab oxumağı çatdıran şəxslərin məsləhətləri

0. Qərb ölkələrində indi bu problemin geniş yayılmış bir çıxış yolu var: "Kitab oxumağa vaxtın yoxdursa, kitabların audio versiyalarını al, yolda, idman zalında, işlərini görəndə dinlə." Azərbaycanda isə audio-kitablar hələ real imkan deyil.

1. Bir çoxlarının kitab oxumağa vaxtı olmadığından yeni kitablar almırlar, alanda da az alırlar.

Halbuki evində 10-15 yeni kitab görən insana daimi “Bizi oxu, bizi oxu” mesajları ötürülür. Odur ki, əvvəlcə çoxlu kitab almaq lazımdır. 600 səhifəlik yox, nazik kitablar.

2. Nəyisə qurban verməlisən. Yatmaq vaxtından, iş vaxtından, dostlar və ya ailə üzvləriylə keçirdiyin vaxtdan gündə bir qədər kəsə bilərsən. Əgər "gələcəkdə oxumağa rahat vaxt taparam" deyirsənsə, bu heç vaxt baş verməyəcək.

Sosial mediada paylaşılan video və məqalələri açdığın vaxtda, gecə yuxuya getməzdən əvvəlki vaxtda, səhər yuxudan oyanan kimi oxumaq mümkündür.

3. Ayda bir kitab oxumağı qarşına məqsəd qoy. Yaxud iki aya bir kitab oxumağı. Yaxud üç aya bir kitab oxumağı.

Qadın kitab oxuyur

Qadın kitab oxuyur

4. Amma kitab oxumağa məcbuuriyyət kimi baxma, bunu əyləncəyə çevir. Öz marağın, həvəsin olan mövzuda kitablar oxu.

Kitabı xoşlamadınsa, özünü məcbur etmə.

Onu at, başqa kitab axtar. İstəməyə-istəməyə bir kitabı oxumaq, adamı bir müddət bütün kitablardan iyrəndirə bilər.

5. Qarışdır. Əgər həmişə eyni istiqamətli kitablar, məsələn, biznes hüququna aid kitablar oxuyursansa, bu dəfə bir roman oxu.

6. Əgər bir dostuna, iş yoldaşına, ailə üzvünə desən ki, bu işi mənim üçün gör, bir neçə səhifə kitab oxumaq istəyirəm, təcrübə göstərir ki, insanlar razılaşırlar.

Bakıda kitab sərgisi

Bakıda kitab sərgisi

7. Dostlarınla öz aranızda bir kitab klubu yaradın. Eyni bir kitabdan bir neçəsini alın, üçünüz, dördünüz və ya beşiniz də eyni vaxtda oxuyun; "Sən filan yerə çatmısan?" deyərək, süjeti müzakirə edə-edə. Yaxud biriniz oxuyun, o birinizə ötürün. Kitab klublarının lap ağaclar kimi, növləri çoxdur.

8. Özünlə həmişə gəzdirdiyin elektron qurğu hansıdırsa, onda oxu. Bankda növbə gözləyəndə, yeməkxanada masa boşalmasını gözləyəndə, təmizlikçi otağını yığışdıranda smartfonun ekranından oxumaq çox əlverişli ola bilər.

9. Çantana bir kitab qoy. Həmişə hara getsən, çantanda olsun. Heç özün də gözləmədiyin halda 5 dəqiqə kimi kiçik boş vaxt dilimləri ortaya çıxır, "nə edim" deyirsən və çantadakı kitab yadına düşür.

10. Kitab oxumaq biliyi, təfəkkürü, yaddaşı, diqqəti, yazma qabiliyyətini, lüğət imkanlarını inkişaf etdirir, üstəlik, əyləndirir. Sadəcə kitab oxumaq üçün gündə 15 dəqiqə ayır.

OxuZalı

Günün bütün mövzuları

XS
SM
MD
LG