Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:55

-

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yeni tikilmiş yaşayış binalarındakı mənzillərin sahiblərinə müraciət edib.

Müraciətdə deyilir ki,bəzən hündürmərtəbəli binaları tikən mənzil-tikinti kooperativləri tərəfindən komitənin adı hallandırılmaqla vətəndaşlara əsassız müraciət və tələblər edilir.

Bununla bağlı komitə bildirir ki, çıxarışlar yalnız istismara qəbul aktı olan binalara və qanunla müəyyən edilmiş dövlət rüsumu və xidmət haqqı müqabilində təqdim olunur. Bundan əlavə heç bir ödəniş tələb edilmir.

Eləcə də, kampaniya çərçivəsində çıxarışlar yalnız «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanuna uyğun olaraq vətəndaşların mülkiyyət hüquqlarını təsdiq edən ilkin sənədlər əsasında verilir.

Noyabrın 21-də Bakının Xətai rayonu ərazisində kütləvi çıxarış kampaniyası keçirilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG