Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:46

-

İki aydan çox Moskvanın Şeremetevo hava limanında tranzit zonada ailəsi ilə birgə məskunlaşan Suriya vətəndaşı müvəqqəti yerlə təmin edilib.

Rusiyanın Federal Miqrasiya Xidməti bildirib ki, ailə sentyabrın 10-da hava limanına uçub, amma pasport nəzarətindən keçə bilməyib. Sərhəd xidməti pasportun saxta olduğunu bildirib. 4-uşaqlı ailə uzun müddət siqaret çəkilməsi üçün nəzərdə tutulan otaqda yaşayıblar.

Rusiya hakimiyyətinə ünvanladıqları müraciət cavabsız qalmışdı. Nəhayət, noyabrın 20-də onlara Tver vilayətində müvəqqəti yerləşməyə icazə verilib.

XS
SM
MD
LG