Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:09

-

Smartfon istifadəçiləri üçün dünyanın hansı yerində aclıq baş verəcəyini əvvəlcədən bilməyə imkan verən yeni applikasiya hazırlanıb. Avstriyalı mütəxəssislərin hazırladığı bu proqram beynəlxalq və yerli yardım təşkilatlarının aclıqdan əziyyət çəkənlərə vaxtında köməklik göstərməsini asanlaşdırmaq məqsədi güdür.

Applikasiya insanların mobil telefondan istifadəsi sayəsində toplanmış faydalı peyk məlumatlarını analiz edir. Ərzaq çatışmazlığı və yetərincə qidalanmama riski yüksək olan ərazilərin xəritəsini hazırlayır. Hər bir bölgədə insanların nə qədər tez-tez qidalanması və məhsul yığımına əngəl törədə biləcək asayiş pozuntularının və ya iğtişaşların olub-olmaması bu applikasiya üçün ən faydalı məlumatlardır.

«SATIDA COLLECT»

«Satida Collect» adlanan bu proqramı ağıllı mobil telefonlara pulsuz yükləmək olar.

Avstriyadakı Tətbiqi Sistemlərin Analizi Beynəlxalq İnstitutundan Mathias Karner applikasiyanın müəlliflərindən biridir: «Bu gün «ağıllı telefon»ların artıq inkişaf etməkdə olan ölkələrdə də geniş yayıldığını nəzərə alaraq, bizə zəruri məlumatları toplamaqda kömək edəcək belə bir proqram hazırlamaq qərarına gəldik».

Yardım təşkilatları üçün riskli regionlar barədə məlumat əldə etmək çox vacibdir. Bununla onlar yerlərdə vəziyyətə vaxtında müdaxilə etmək imkanı qazanarlar ki, bu da böhranın fəsadlarını azaltmağa imkan verər. Ancaq ictimai asayişin pozulması kimi digər risk faktorlarını qabaqcadan görmək heç də həmişə asan olmur.

PEYKLƏR QURAQLIĞI ÖYRƏNIR

Alimlər hansı ərazilərin quraqlıq təhlükəsi ilə üz-üzə olduğunu müəyyənləşdirmək üçün illərdir ki, peyklərdən istifadə edirlər. Peyklərdən yer səthinə mikrodalğalı şüalar göndərməklə ayrı-ayrı yerlərdə torpağın nə qədər rütubətli olduğu öyrənilir.

Avstriyadakı institutun başqa bir tədqiqatçısı Linda See deyir ki, bu metod çox səmərəlidir. Alimləri olduqca əhəmiyyətli informasiya ilə təmin edir. Lakin aclıq və ya yetərincə qidalanmama riskini müəyyən etmək üçün təkcə torpağın nə qədər yaş olduğunu ölçmək yetərli deyil: «Bizim yerlərdə ərzaq təchizatına təsir göstərən digər faktorlar barədə də məlumata ehtiyacımız var».

«Satida Collect» applikasiyasını Vyana Texnologiya Universiteti ilə Avstriya Tətbiqi Sistemlərin Analizi Beynəlxalq İnstitutu xeyriyyə qurumu kimi tanınan «Sərhədsiz Həkimlər» Təşkilatı ilə birgə hazırlayıb.

Proqram Mərkəzi Afrika Respublikasında artıq sınaqdan da keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG