Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 04:20

Brüsseldə metro bağlanıb


Belçika hərbçiləri Brüsselin mərkəzində keşik çəkirlər. 21 noyabr 2015.
Belçika hərbçiləri Brüsselin mərkəzində keşik çəkirlər. 21 noyabr 2015.

-

Noyabrın 21-də Brüsseldə metro bağlanıb. Brüssel ictimai nəqliyyat operatorunun saytında bildirilib ki, bu, terror təhlükəsinin yüksək həddə çatması ilə bağlıdır. Nəqliyyat rəhbərliyi Belçikanın Daxili İşlər Nazirliyinin Böhran Mərkəzinin tövsiyəsi əsasında belə bir addım atıb.

Səhərdə avtobuslar işləyir. Paytaxt sakinləri kütləvi yerlərə toplaşmaqdan çəkinməyə, ən yaxşısı evdə qalmağa çağırılıb.

Dünən axşam Belçika hakimiyyəti terror təhlükəsini ən yüksək - dördüncü dərəcədə göstərib.

Təhlükələrin analizi mərkəzi bəyan edib ki, vəziyyətin təhlili xüsusi təhlükəsizlik tədbirləri görülməsini tələb edir.

Noyabrın 17-də Belçika ərazisində terror təhlükəsi ikinci dərəcədən üçüncü dərəcəyə çatdırılmışdı.

Ötən həftə Belçikada Parisdəki hücumla bağlı bir neçə şübhəli şəxs saxlanıb. Noyabrın 13-də Parisdə baş verən terrorda 130 adam ölüb, 350-dən çox şəxs yaralanıb.

XS
SM
MD
LG