Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:08

«Bəs İlham Əliyev deyirdi, hər şeydən xəbəri var» – AXCP sədrindən sərt suallar


Əli Kərimli

Əli Kərimli

-

AXCP sədri Əli Kərimli Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş verənlərə münasibət bildirib. «Azadlıq» qəzetinə müsahibəsində o, Azərbaycan ictimaiyyətində yaranan suallara hakimiyyətin cavab verməli olduğunu deyib:

«Əlbəttə, son günlərdə Milli Təhlükəsizlik Nazirliyindəki həbslər, ifşalar, hətta digər nazirliklərdə bununla bağlı həyata keçirilən həbslər, ifşalar gündəmin əsas məsələsinə çevrilib. Azərbaycan ictimaiyyətinə həbs olunan generalların, işdən çıxarılan nazirlərin varidatı haqqında məlumatlar verilir. Azərbaycan ictimaiyyətində çoxlu suallar yaranır. Nə baş verir? Necə olub ki, nazirliklərin tərkibində mütəşəkkil cinayətkar dəstə fəaliyyət göstərib? Necə olub ki, xüsusi bir qabiliyyət sahibi, həmin sahə üzrə peşəkarlığı olmayan adamlar 5-7 ilin ərzində general rütbəsi alıblar? Bu qədər cəzasız olublar? İrimiqyaslı korrupsiya ilə məşğul olublar? Evlərdən yüz milyonlarla dollar tapılır, kiloqramlarla brilyant tapılır? Necə olub ki, Milli Təhlükəsizlik Nazirliyinin (ölkənin təhlükəsizliyinə cavabdeh olan qurumun) hansısa bir generalının bankı olur? Deməli, bütövlükdə bu sahə uzun müddət qanunçuluğun və dövlətin nəzarətindən çıxıb. Bəs necə olub bunlar baş verib? Axı ölkənin dövlət başçısı var, Prezident Aparatı var, müvafiq dövlət orqanları var».

Taxıl.

Taxıl.

AZƏRBAYCAN UNU VƏ TAXILI DƏYƏRİNDƏN İKİ DƏFƏ BAHA ALIR

«2015-ci ilin yanvar-oktyabr ayının nəticələrinə görə, Azərbaycanın xarici ticarət dövriyyəsində kəskin azalma var. Əsas azalma özünü ixracda göstərir», - «Bizim Yol» eyni sərlövhəli məqaləsində yazır.

Gömrük Komitəsinin statistikasını təhlil edən qəzet yazır ki, «maraqlı məsələlərdən biri kənd təsərrüfatı məhsullarının ixracının azalması, idxalın isə artmasıdır. Xüsusilə, idxalda əsas mallar siyahısında buğda, meyvə-tərəvəz üstünlük təşkil edir».

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov «Bizim Yol»a bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi bu sektorda olan problemləri gizlətməklə məşğuldur: ««Statkom»un göstərdiyi statistika, görünür, yuxarıların göstərişi ilə təqdim olunur. Kənd təsərrüfatı məhsullarının istehsalı azaldıqca, bu istiqamətdə rəqəmləri daha yüksək göstərməyə çalışırlar. Bu il ölkənin alıcılıq qabiliyyəti aşağı düşdüyü halda, idxal artıb. Hələ nəzərə almaq lazımdır ki, idxal rəqəmləri də tam dolğun göstərilmir. Daşınma, nəqliyyat və digər xərclərini də nəzərə alsaq, idxal olunan məhsullar yerli məhsullara nisbətən baha olmalıdır. Belə olan halda sahibkarlar nəyə görə xaricə üz tutsunlar? İrandan, Rusiyadan, hətta Polşadan kartof gətirsin? Bunlar onu deməyə əsas verir ki, Azərbaycanda istehsal ciddi şəkildə azalır».

Telefon.

Telefon.

VERGİ BƏYANNAMƏSİNİ TELEFONLA DA VERMƏK OLAR

Artıq vergi bəyannaməsini telefon zəngi ilə də təqdim etmək mümkündür. Bu barədə yap.org az-a Vergilər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Artıq «ASAN imza»sı olan vergiödəyicilərin sadələşdirilmiş vergi bəyannamələrinin göndərilməsi üçün vergi orqanına getməyinə ehtiyac yoxdur: «Vergi ödəyicisi öz «ASAN imza»sından istifadə etməklə bəyannamələrini bir telefon zəngi vasitəsilə göndərə bilir. Bunun üçün «195» Çağrı Mərkəzinə zəng etmək kifayətdir.

Zəngi qəbul edəcək mərkəzin təmsilçisinə «ASAN imza» nömrəsini, istifadəçi İD-sini və dövriyyə barədə məlumatı bildirir. Vergi ödəyicisi mobil telefonuna SMS şəklində gələn vergi bəyannaməsinin məlumatları ilə tanış olduqdan sonra «ASAN imza» PİN2 kodunu mobil telefonuna daxil edərək bəyannaməni imzalayır və sənəd sistem tərəfindən qəbul olunur. Paralel olaraq icra edilmiş əməliyyat barədə məlumatlar avtomatik şəkildə vergi ödəyicisinin İnternet Vergi İdarəsində olan elektron qutusuna göndərilir».

Bina.

Bina.

ON AYA EV BAZARINDA 26 FAİZ UCUZLAŞMA

«Yeni Müsavat» qəzeti yazır ki, ölkənin ev bazarında yenidən qiymət enməsi müşahidə edilir. Qiymət ucuzlaşması həm təkrar, həm də ilkin mənzil bazarında müşahidə olunur. Neftin ucuzlaşması, həmçinin təkrar devalvasiya ehtimalları da qiymətlərə təsir göstərməkdədir. Ekspertlər bildirirlər ki, yaxın üç ay ərzində qiymətlərin artması gözlənilmir. Əksinə, qiymətlərin daha da azalması gözləniləndir.

«MBA» Konsaltinq və Qiymətləndirmə şirkətinin rəhbəri Nüsrət İbrahimov qəzetə bildirib ki, bu ilin oktyabrında təkrar mənzil bazarında 3.1 faiz ucuzlaşma olub. İlkin mənzil bazarında isə bu rəqəm 1.1 faizdir: «Ümumən 1.2 faiz qiymətlər düşüb. İlin əvvəli ilə müqayisədə ümumi mənzil bazarında 26 faiz ucuzlaşma var. Qiymət azalmasının əsas səbəbi xarici faktorlardır, regionda baş verən hadisələrdir. Dünya maliyyə bazarlarında baş verən hadisələr qiymətlərin ucuzlaşmasına təsir göstərir. Nəticəsi kimi neftin qiymətinin aşağı düşməsi və bunun Azərbaycana təsiri də mühüm rol oynayır. İkinci səbəb də insanların neqativ gözləntiləridir. İnsanlar hələ ki risk etmirlər əllərində olan vəsaiti mənzil bazarına yönəltsinlər».

Nüsrət İbrahimovun dediyinə görə, yaxın üç ay ərzində qiymətin artması ehtimalı yoxdur: «Yanvarın sonuna qədər bahalaşma olmayacaq».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG