Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:57

Tibb Universiteti sümük iliyi köçürəcək


Azərbaycan Tibb Universitetinin klinikası.
Azərbaycan Tibb Universitetinin klinikası.

-

Azərbaycan Tibb Universitetinin Tədris-terapevtik klinikasında sümük iliyi transplantasiyası şöbəsi yaradılır.

Universitetin mətbuat xidmətinin yaydığı məlumata görə, şöbənin qurulmasında son tamamlama işləri gedir və lazım olan avadanlıqların əksəriyyəti klinikaya gətirilərək quraşdırılıb.

Klinikanın Hematologiya şöbəsinin müdiri Valeh Hüseynovun sözlərinə görə, bütün dünyada olduğu kimi Azərbaycanda da hematoloji xəstələrin sayı artmaqdadır: «Tibbin son nailiyyətlərinə əsasən, bu gün bir çox hematoloji xəstəliklərin sağalmasına nail olmaq mümkündür. Yeni müalicə protokolları ilə yanaşı onko-hematoloji xəstələrin müalicəsində əsas yeri sümük iliyi və ya kök hüceyrə transplantasiyası tutur. Son illərdə kök hüceyrə transplantasiyası tibbin digər sahələrində də tətbiq olunur. Xüsusilə bəzi onkoloji, qastroenteroloji, kardioloji xəstəliklərin müalicəsində geniş istifadə olunur».

Açıqlamada bildirilir ki, yeni şöbə kök hüceyrə toplanması, dondurulması üçün cihazlarla təchiz olunub. Sümük iliyi transplantasiyanın həyata keçirilməsi üçün xüsusi steril şərait və hepafiltrlə təchiz olunmuş bölmənin qurulması işləri sona çatmaqdadır.

XS
SM
MD
LG