Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:26

Malidə hoteldə 21 nəfərin meyiti aşkarlanıb


Malidə otelə hücum - 20 noyabr 2015

Malidə otelə hücum - 20 noyabr 2015

-

Malidə özünü «İslam Dövləti» adlandıran hərbi qruplaşmanın yaraqlılarının hotelə hücumu nəticəsində 21 adam öldürülüb.

Bunu ölkə prezidenti Ibrahim Boubacar Keita noyabrın 20-də dövlət televiziyasına bildirib. Onun sözlərinə görə, ölənlər arasında 2 yaraqlı da var.

Gün ərzində yaraqlılar paytaxt Bamakodakı «Radisson Blu» hotelində 100-dən çox adamı girov saxlayıb

Keçmiş «əl-Qaidə» komandiri hücumla bağlı məsuliyyəti öz üzərinə götürüb.

Malinin ordu komandiri Modibo Traore deyib ki, hotelə hücum edən iki yaraqlı olub və hər ikisi də keçirilmiş əməliyyat zamanı öldürülüb.

170 qonaq və hotel işçisi girov götürülmüşdü, ancaq onların bəzisi xilas olmağı və ya gizlənməyi bacarmışdı.

Hotel xarici turistlərlə dolu olur.

Günün bütün mövzuları

XS
SM
MD
LG