Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:27

Noyabrın 13-də Parisdə törədilən terrorlara görə Fransada futbol üzrə I və II liqaların oyunları təxirə salınmayacaq.

Amma yerli mətbuatın yazdığına görə, qonaq komandanın azarkeşləri stadiona buraxılmayacaq.

Bu barədə Fransa Peşəkar Futbol Liqasının prezidenti Federik Trieza məlumat verib.

Qonaq azarkeşlərin meydana buraxılmamasına gəldikdə isə o deyib ki, stadionlarda asayişi və azarkeşləri qorumaq üçün kifayət qədər çevik qüvvəmiz yoxdur.

Onu da qeyd edək ki, Fransa liqalarında yerli azarkeşlər stadiona çantasız gəlməli olacaqlar. Atəşfəşanlıq üçün özləri ilə partladıcı və ya digər vasitələr gətirənlər isə həbs olunacaqlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG