Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:17

Malinin paytaxtı Bamakodakı oteldə girov götürülmüş 170 nəfərdən 80-ni azad edilib.

Həmçinin girov götürənlərdən 3-nün öldürüldüyü xəbər verilir.

Polis və xüsusi təyinatlı qüvvələr əməliyyatı davam etdirirlər.

Hadisə yerinə BMT-nin sülhməramlı əsgərləri və Malidə islamçı yaraqlılara qarşı mübarizə aparan Fransa əsgərləri də gətirilib.

Fransa gorpv böhranını yoluna qoymaq üçün Maliyə elit birləşmələr göndərir.

Təhlükəsizlik xidmətinin məlumatına görə, 10-a yaxın cihadçı diplomatik nişanlı maşınlarla hotelin ərazisinə girib və içəri daxil olaraq 7-ci mərtəbədə atəş açmağa başlayıblar.

İyunda hökumətlə üsyançı tuareq qüvvələri arasında sülh razılaşması imzalansa da bu cür hücumlar davam edir.

Üsyançılar ölkənin şimalında fəaliyyət göstərirlər.

Yerli və beynəlxalq sülhməramlı qüvvələr hələ də ölkənin şimalını tam nəzarətə götürə bilməyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG