Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:01

Ceyhun bəy Hacıbəyli-125 - Prezident sərəncamı çıxdı


Ceyhun Hacıbəyli (solda) qardaşı Soltan Hacıbəyli ilə birlikdə.
Ceyhun Hacıbəyli (solda) qardaşı Soltan Hacıbəyli ilə birlikdə.

-

Ceyhun bəy Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı çıxıb.

Sərəncamda deyilir ki, 2016-cı ilin fevral ayında Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, yazıçı-publisist, tərcüməçi, naşir və ictimai xadim CeyhunƏbdülhüseyn oğlu Hacıbəylinin anadan olmasının 125 illiyi tamam olur.

Sərəncamda vurğulanır ki, milli ədəbi-ictimai fikir tarixinə töhfələr verən Ceyhun Hacıbəyli Azərbaycan xalqının zəngin mədəni nailiyyətlərinin dünyaya tanıdılması istiqamətində səmərəli fəaliyyət göstərib.

Sərəncamda AMEA, Mədəniyyət və Turizm Nazirliyi və Təhsil Nazirliyinə Ceyhun Hacıbəylinin 125 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Şöhrətli Hacıbəylilər soyadının daşıyıcısı Ceyhun Hacıbəyli 1890-cı ildə Şuşada doğulub.

Ceyhun bəy ötən əsrin başlanğıcında qardaşı Üzeyir və Zülfüqar bəylə Bakının ictimai-siyasi həyatında böyük xidmətlər göstərib.

İlk «Leyli və Məcnun» operasının yaranmasında da Ceyhun bəyin əvəzsiz xidməti var.

Ceyhun bəy Azərbaycan Cümhuriyyətinin qurucularından olub.

1919-cu ildə Paris Sülh Konfransına qatılan nümayəndə heyətinin tərkibində olan Ceyhun bəy bir daha Vətənə dönə bilməyib.

Fransız dilini gözəl bildiyindən uzun illər Fransa Xarici İşlər Nazirliyində çalışıb.

AzadlıqRadiosunun yaradıcılarından olub.

Ceyhun bəy 1963-cü ildə Parisdə dünyadan köçüb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG