Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:16

Rusiya parlamenti terrorçuluq fəaliyyətinə görə cinayət məsuliyyətini artırmağa çağırıb.

Parlamentin hər iki palatasının noyabrın 20-də qəbul etdiyi sənəddə Rusiya və Suriyada keçirilən əməliyyatlar da daxil olmaqla Rusiyadan kənarda terror təhlükəsinə qarşı mübarizə aparılması nəzərdə tutulur.

Sənəddə qeyd edilir ki, ekstremistlərin Rusuyaya keçməsinin qarşısını almaq üçün milli sərhədlərdə etibarlı sədd qoyulmalıdır.

Sənəd həmçinin terrorçuluqla mübarizədə istisnasız bütün ölkələrdə geniş beynəlxalq əməkdaşlığa çağırır.

Noyabrın 13-də Parisdə törədilən terror aktları nəticəsində 129, oktyabrın 31-də Misirdə Rusiya təyyarəsinin partladılması nəticəsində isə 224 adam ölüb.

Bu terror aktlarına görə cavabdehliyi İslam Dövləti qrupu üzərinə götürüb.

XS
SM
MD
LG