Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:42

Prezident Rusiyanın təhsil nazirini qəbul edib


Dmitry Livanov.
Dmitry Livanov.

-

Prezident İlham Əliyev noyabrın 20-də Rusiya Federasiyasının təhsil və elm naziri Dmitry Livanov-u qəbul edib.

president.az-ın məlumatına görə, dövlət başçısı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində uğurla inkişaf etdiyini vurğulayıb.

O, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında bu il artıq ilk buraxılışının olmasından və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Azərbaycanda fəaliyyətə başlamasından danışıb.

Dövlət başçısı təhsil sahəsində əməkdaşlığın digər formalarının müəyyənləşdirilməsinin zəruriliyini də qeyd edib.

İlham Əliyev azərbaycanlı tələbələrin Rusiyanın müxtəlif ali məktəblərində təhsil almalarını əlaqələrin yaxşı göstəricisi kimi dəyərləndirib.

Dmitry Livanov iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi işinə xüsusi diqqət göstərdiyinə görə İlham Əliyevə minnətdarlığını bildirib.

Görüşdə ölkələr arasında təhsil sahəsində əlaqələrin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

XS
SM
MD
LG