Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:20

-

Noyabrın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Abşeron yarımadasında gecə 5-8, gündüz 13-16, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında noyabrın 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Gecə 2-6, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq.

Noyabrın 21-22-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, gündüz saatlarında gilavar küləyinin arabir güclənməsi narahatlıq yarada bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG