Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:37

-

Rusiya parlamentinin hər iki palatası noyabrın 20-də birgə sessiya keçirir. Dövlət Duması və Federasiya Şurası terrorçuluqla mübarizə məsələlərini müzakirə edirlər.

“Bu gün dünya terrorçuluqla mübarizə məsələsində birləşir,” Federasiya Şurasının spikeri Valentina Matviyenko deyib. “Ölkəmiz bu şərə qarşı mübarizənin önündə gedir”.

Matviyenko-nun sözlərinə görə, deputatlar təhlükəsizlik və hüquq-mühafizə agentliklərinin “səlahiyyətinin genişləndirilməsini”, terrorçuluq fəaliyyətinə, “mənəvi, maliyyə, informasiya və digər dəstəyə” görə “cinayət məsuliyyətinin artırılmasını” təklif edirlər.

Matviyenko həmçinin “terrorçuları və onlarla əlbir olanların cəzalandırılması” üçün beynəlxalq tribunal yaratmağa çağırıb.

Ötən həftə Parisdə terror hücumlarında 129 nəfər həlak olub. Oktyabrın 31-də Misirdə Rusiya təyyarəsinin isə bomba ilə partladıldığı təsdiqlənib. Təyyarədəki 224 nəfər həlak olmuşdu. İD hər iki hücuma görə məsuliyyəti üzərinə götürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG