Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:22

-

Malinin paytaxtı Bamakoda xaricilərin çox olduğu otelə silahlılar hücum edib.

Noyabrın 20-də avtomat silahdan açılan atəş səsi Radisson Blu Hotel-in bayırında eşidilib.

İki silahlı 140 qonağı və 30 əməkdaşı girov saxlayır.

2012-ci ildə islamçı silahlılar Malinin şimalını tutub, daha sonra Fransa qüvvələri tərəfindən çıxarılıb. Ancaq islamçıların ölkəyə hücumları davam edir.

Avqustda Malinin mərkəzindəki Sevare şəhərində bir oteli şübhəli islamçı silahlılar tutub, 24 saat mühasirədə saxlayıb. 4 əsgər, 5 BMT işçisi və 4 hücumçu öldürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG