Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 10:12

AFFA və UNICEF müqavilə imzaladı


UNICEF
UNICEF

-

Bir neçə ildir əməkdaşlıq edən AFFA və UNICEF arasında növbəti müqavilə imzalanıb.

AZƏRTAC xəbər verir ki, hazırkı əməkdaşlıq müqaviləsi AFFA-nın 2014-cü ildə qoşulduğu UNICEF-in uşaq zorakılığına qarşı qlobal kampaniyasının davamıdır. Əməkdaşlıq çərçivəsində hər iki qurum uşaq zorakılığının qarşısının alınması mövzusunda maarifləndirmə işləri aparacaq.

Noyabrın 17-də Bakı Olimpiya Stadionunda keçirilmiş Azərbaycan–Moldova yoldaşlıq oyunu zamanı meydançanın ətrafında quraşdırılmış reklam lövhələrində AFFA-UNICEF əməkdaşlığının növbəti mərhələsinin aktivləşdirilməsi öz əksini tapıb.

Noyabrın 20-si Ümumdünya Uşaqlar Günüdür. Birləşmiş Millətlər Təşkilatı 1959-cu il noyabrın 20-də «Uşaq Hüquqları Bəyannaməsi», 1989-cu ildə isə «Uşaq Hüquqları Konvensiyası» qəbul edib.

XS
SM
MD
LG