Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:36

-

İŞİD-i məhv etmək Rakka və Mosulu almaq deməkdir. Bunun üçün isə ordu lazımdır; Kişilərin puldan daha çox başı çıxır – 20 noyabr Qərb mediasının icmalı.

«New America» saytı 25 Qərb ölkəsindən 475 nəfər barədə informasiya toplayıb. Etibarlı mənbələr həmin şəxslərin İŞİD-ə və ya Suriya və İraqdakı digər sünni cihadçı qruplara qoşulduğunu bildirir.

Hesabat üzə çıxarıb ki:

• Qərbli döyüşçülər Suriya və İraqda yeni demoqrafik profil formalaşdırıblar. Onlardan çoxu qadınlar, gənclərdirlər, onlayn cihadçı dairələrdə fəaldırlar, 1980-ci illərdə Əfqanıstana və 1990-cı illərdə Bosniyaya gedən qərblilərdən fərqlənirlər.
• Çoxlarının cihadçılıqla ailəvi bağlılığı var. Belə ki, ya qohumlarından Suriya və ya İraqda döyüşən var, ya da cihadçılarla digər əlaqələri mövcuddur.
• İŞİD-in həvəsləndirdiyi zorakılıq ABŞ-a mümkün təhlükə yaradır. Suriyadan qayıdan döyüşçülər ABŞ-a məhdud təhlükə törədirlər. Digər Qərb ölkələrinə qayıdan döyüşçülər isə daha təhlükəlidir.
• Suriya və İraq müharibələri qərbli döyüşçüləri ölümə aparır. Hesabata salınanlardan 2/5-si Suriya və ya İraqda həlak olub. Kişi əcnəbi döyüşçülərin demək olar yarısı, qadınların isə 6%-i öldürülüb.
• Qərbli döyüşçülərin çoxu İŞİD-ə qoşulub. Yalnız 1/10-i «əl-Qaidə»nin Suriya qanadı olan «Cəbhə ən-Nüsrə»yə, 6%-i isə digər daha kiçik qruplara gedib.
• Suriyaya aparan ən məşhur yol Türkiyədən keçir.Qərbli döyüşçülərin 42 faizi Suriya və ya İraqa Türkiyədən keçərək gedib.

Suriya qaçqınları Yunanıstana üzür.

Suriya qaçqınları Yunanıstana üzür.

PARİS: NECƏ SAVAŞMALI

«The Economist» yazır ki, «İslam Dövləti» (İD-İŞİD) silahlı qruplaşmasına qarşı mübarizə bütün cəbhələrdə aparılmalıdır. Əvvəla, düşməni tanımaq lazımdır. Təkcə İD deyil, digər cihadçı qrupları da unutmaq olmaz. Qərb həm vətəndaşlarını qorumalıdır, həm də dözümlülük və hüququn aliliyi kimi liberal dəyərləri. Təhlükəsizlik elə ölkənin içindən başlayır. Cihadçılar onlayn radikallaşırlar, elektron formada əlaqə saxlayırlar. Kəşfiyyat xidmətləri bütün bu məlumatlara çıxış əldə etməlidirlər. Təhlükəsizlik qüvvələrinin sayı da artırılmalıdır. Britaniya bu həftə elan edib ki, təhlükəsizlik xidmətində çalışanların sayını 15% artıracaq.

Şengen ölkələri daha təhlükəli dünyaya adaptasiya olmalıdırlar. Onlara güclü sərhəd lazımdır. Fransızlar gücləndirilmiş Avropa sərhədi yaratmaq istəyirlər. Bu sərhədi bütün Şengen üzvləri maliyyələşdirsin və işçiylə təmin etsin:
«Yaxşı ideyadır... Ancaq digər tərəfdən, güclü sərhəd qaçqınları çıxdaş etməklə liberal dəyərlərə zərbə vuracaq. Heç avropalılar da təhlükəsizliyə çıxan deyil».

«Qaçqınların üzünə qapını bağlamaq həm praktik, həm də mənəvi baxımdan qüsurludur. Axın onsuz da olacaq və Avropa yeni gələnlərə nəzarət etməlidir. Ancaq Paris terrorçularından azı 5-i Avropa vətəndaşları idilər, qaçqınlar deyil. Özünü partlatmağa qərar verən insan qaçaqçısına pul verməklə ölkəyə girə bilərdi».

«The Economist» yazır ki, sərhədlərini bərkitməklə yanaşı, Qərb dövlətləri İD-lə İraq və Suriyada da döyüşməlidir. Son məqamda quru qüvvələrindən də istifadə olunmalıdır: «İD-ni məhv etmək Rakka və Mosulu almaq deməkdir. Bunun üçün isə ordu lazımdır».

Pul.

Pul.

KİŞILƏRİN PULDAN DAHA ÇOX BAŞI ÇIXIR

Dünyada hər 3 nəfərdən 2-si maliyyə baxımından savadsızdır. Bunu «Standard&Poor's» Qlobal Maliyyə Savadlılığı Sorğusu üzə çıxarıb. Sorğunu «Gallup» sorğu mərkəzi keçirib, Dünya Bankının, Corc Vaşinqton Universitetinin tədqiqatçıları isə məlumatları təhlil edib.

Maliyyə savadlılığı pulun necə işlədiyini anlamaqdır: adamlar pulu necə qazanırlar, necə idarə edirlər, necə yatırım qoyurlar, digərlərinə necə yardım edirlər.

148 ölkədə 150 min nəfər arasında sorğu aparılıb. Bəlli olub ki, Skandinaviya ölkələrində maliyyə savadlılığı daha yüksəkdir. Norveç, Danimarka və İsveçdə bu rəqəm 71%-dir. İsrail (68%), Kanada (68%), Böyük Britaniya (67%), Niderland (66%) və Almaniya (66%) öncül yerləri tutur. Birləşmiş Ştatlar 14-cü yerdədir.

Yəmən (13%), Albaniya (14%) və Əfqanıstan (14%) dünyada maliyyə baxımından ən savadsız ölkələrdir. Hər 7 nəfərdən 1-inin pul məsələlərindən başı çıxır.

Azərbaycanda maliyyə savadlılığı 36%-dir. Ermənistanda 18, Gürcüstanda 30, Rusiyada 38, Ukraynada 40%.

Ümumilikdə isə qadınların 30, kişilərin 35%-nin puldan başı çıxdığı bəlli olub. Hətta inkişaf etmiş ölkələrdə də belədir. ABŞ-da isə kişilər qadınlardan 10% çox savadlıdırlar.

«Böyük Yeddilik» (G7) kimi tanınan, demokratik idarəçiliklə yanaşı, böyük iqtisadiyyatları olan ölkələr içində İtaliyada maliyyə savadlılığı ən aşağı həddədir – 37%.

XS
SM
MD
LG