Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:23

-

Azərbaycanda KİV-lərin sayı 5 100-ə çatmaq üzrədir.

Ədliyyə naziri Fikrət Məmmədovun «Azərbaycan» qəzetində çap olunan məqaləsində belə deyilir.

Nazir QHT mövzusuna da toxunub: «Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında mühüm rolu olan qeyri-hökumət təşkilatlarının sayının ilbəil artması davam edib. Hazırda ölkədə qeyri-kommersiya təşkilatlarının sayı 4100-ü ötüb».

Nazir qeyd edib ki, 2015-ci ilin 9 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə icra işlərinin sayı 53% artaraq 350 mini ötüb: «Görülmüş tədbirlər nəticəsində 160 mindən çox işin icrası təmin olunub, hüquqi və fiziki şəxslərə ödənilən vəsaitin həcmi 124 milyon manat təşkil edib, könüllü icra olunan işlərin sayı artıb».

F.Məmmədov bildirib ki, qərarların icrasına maneçilik törədən və icradan qərəzli şəkildə yayınan 3250 nəfər inzibati məsuliyyətə cəlb olunub, o cümlədən 1.800 nəfər inzibati qaydada həbs edilib. Habelə 242 nəfər barəsində cinayət işi başlanıb, 4 mindən çox borclunun ölkədən getmək hüququ məhdudlaşdırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG