Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:33

-

Çin dövlət mediasının məlumatına görə, 29 şübhəli “terrorçu” öldürülüb. Onlar qərbi Sincan vilayətində kömür mədəninə hücumda şübhəli bilinirdilər.

Rəsmi saytlar noyabrın 20-də yazıb ki, şübhəlilər 56 günlük axtarışdan sonra qətlə yetiriliblər. Aksuda Sogan mədənində bıçaq hücumunda 11 dinc sakin, 5 polis zabiti öldürülmüşdü. Sincanda daha çox müsəlmanlar və etnik uyğurlar yaşayır.

İlk dəfədir həmin qanlı hücum rəsmən təsdiqlənir. İnsidentdən bir neçə gün sonra Radio Free Asia bu barədə məlumat yaymışdı.

Son illər Sincanda müsəlman uyğurlarla çinlilər arasında zorakılıqlar artıb, yüzlərlə ölən olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG